Xəbər lenti

Karantin qaydaları: Riayət etməyən azyaşlılar da cəzalandırılacaq...
Ölkə 14:39 04.04.2020

Karantin qaydaları: Riayət etməyən azyaşlılar da cəzalandırılacaq...

"Karantin qaydalarına riayət etməyənlər hətta azyaşlı olsalar belə, inzibati cəzaya cəlb ediləcəklər".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov 8103 xidmətinin məktəblilərə şamil olunub-olunmamasını şəhr edərkən deyib.

Onun sözlərinə görə, aprelin 5-dən istifadəyə veriləcək 8103 isə vətəndaşların fərdi qaydada evdən çıxmaları üçün yalnız müvafiq bildiriş kodunu almağa xidmət edəcək xidmətdən valideyinlər istifdə edə bilərlər:

"Amma burada bir problem var,  8103-ə SMS göndərmə zamanı harasa gedəcək şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur. Nəzərə alsaq ki, bizdə daha çox şagirdlər kütləvi şəkildə DİM-in imtahanalrına görə IX sinifdən şəxsiyyət vəsiqəsi alırlar. Deməli, uşaqlar üçün bu xidmət də əlçatanq olmayacaq. Düzdür, tövsiyyə olunur ki, valideyinlər azyaşlıları evdən kənara buraxmasınlar, amma son zərurət halı olaraq bu ediləndə mütləq şəkildə gigyenik qaydalara riayət olunmalıdır. Bir məqam da var ki, valideyinlər müəyyən ehtiyaclar üçün gün ərzində 8103-dən 1 dəfə icazə istəsələr, icazə veriləcək, 2-ci dəfə istəsələr, icazə verilməyəcək. Ona görə də yalnız ən zəruri ehtiyaclar üçün bu xidmətdən yararlanmaq lazımdır".

Kamran Əsədov qeyd edib ki, karantin qaydalarına riayət etməyənlər hətta azyaşlı olsalar belə, inzibati cəzaya cəlb ediləcəklər: 

"Bir məqamı da qeyd edim ki, valideyinlər 8103-dən cavab sms-ni mütləq şəkildə gözləməlidir. Yəni, sms yazdım, uşağı göndərim olmaz. Və asas da kimin qulluğa göndərilməsi aydın şəkildə qeyd olunmalıdır. Yəni özlərinin şəxsiyət vəsiqəsini qeyd edib, uşağı göndərməklə məsuliyyətdən yaxa qurtarmaq olmaz".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->