Kardioloq miqrenlə bağlı xəbərdarlıq etdi

Kardioloq miqrenlə bağlı xəbərdarlıq etdi

Terapevt, kardioloq Aleksey Jito miqren və ümumi baş ağrısı arasındakı fərqlərdən bəhs edib və xəstəliyi "tərpədən” amilləri sadalayıb.

Qaynarinfo xəbər verir ki, Aleksey Jito bu haqda "Moskva 24”-ə müsahibəsində danışıb. Onun sözlərinə görə, miqren başın yalnız yarısının ağrıdığı xroniki xəstəlikdir. Çox vaxt miqren irsən keçir və əsasən qadınlar bundan əziyyət çəkirlər. 

Terapevt miqrenin ilk növbədə kəskin qan dövranı pozğunluqları ilə əlaqəli ağırlaşmalarına görə təhlükəli olmasıyla bağlı xəbərdarlıq edib: "Yəni miqren insult riskini təxminən iki qat artırır".

Həkim miqren hücumunun hipotermi, aşırı istilənmə, yuxu çatışmazlığı və ya əksinə, uzun müddət yuxuya səbəb ola biləcəyini söyləyib. Bundan əlavə, pomidor, qoz-fındıq və pendir kimi qidalar qlutam natri tərkibinə görə xəstəliyi daha da artıra bilər.

Kardioloq miqrendən əziyyət çəkən insanlara kəskinləşmə zamanı sakit bir otaq tapıb tək qalmağı və müsbət əhval-ruhiyyəyə köklənməyi tövsiyə edib.
 
Alpər
X
XƏBƏRLƏR
BLOGLAR