Xəbər lenti

Karl Marksın məzarına növbəti hücum  (FOTO)
Dünya 16:38 17.02.2019

Karl Marksın məzarına növbəti hücum (FOTO)

Alman filosof Karl Marksın Londonda yerləşən məzarı son 2 həftədə 2-ci dəfə hücuma məruz qalıb.

Qaynarinfo xəbər verir ki, məzar 4 fevralda çəkiclə hücuma məruz qalmışdı. Bu dəfə isə Marksın abidəsi üzərində qırmızı boyayla "Nifrət doktrinası", "Soyqırım, terror, zülm və kütləvi qətliamın memarı" yazılıb. Məzarlığa əvvəllərdə boya hücumu edilib. 1970-ci ildə bomba hücumuna belə məruz qalıb. 

Qeyd edək ki, "Kapital", "Kommunist manifestosu" kimi əsərlərin müəllifi olan Marks 1849-cu ildə sürgün edilib və Londona köçüb. O, 1883-cü ildə burada dəfn edib. Qəbir 1956-cı ildə "Soyuq Müharibə" dövründə yeri diqqət çəkməsi üçün 50 m irəliyə köçürülmüş və bu, böyük narazılığa səbəb olmuşdu. 


Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->