İdman 15:49 15.06.2021

Kaxaber Sxadadze: "Neftçi" ciddi rəqibdir"

"Neftçi" Azərbaycan çempionudur və ölkəsində "Dinamo" ilə eyni futbol markasıdır".

Qaynarinfo-nun məlumatına görə, bu fikirləri Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" barədə danışarkən deyib.

53 yaşlı mütəxəssis flaqmanı ciddi rəqib adlandırıb: "Əlbəttə, biz bunu qiymətləndirməliyik. Hazırda proqnoz vermək qəbuledilməzdir. Vəzifəmiz bu oyunlara yaxşı hazırlaşmaqdır. Planlarımız var, mümkün qədər çox çalışmalı və maksimum nəticə göstərməliyik".

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.