Xəbər lenti

Keçmiş işçisi Sumqayıt bələdiyyəsini məhkəməyə verdi
Ölkə 17:53 15.07.2024

Keçmiş işçisi Sumqayıt bələdiyyəsini məhkəməyə verdi

Sumqayıt şəhər bələdiyyəsinin işçisi Lətif Süleymanov işdən çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, o, işdən çıxarılması ilə bağlı qərarı qanunsuz hesab etdiyindən məhkəməyə müraciət edib. 

Lətif Süleymanovun iddia tələbi işə bərpa ilə əlaqədardır. 

O, Sumqayıt bələdiyyəsindən əvvəl Abşeron Rayon İcra Hakimiyyətində işləyib. 

Bu barədə onun "Facebook" hesabında da qeyd edilib. 

Lakin o, icra hakimiyyətində və bələdiyyədə hansı vəzifəni tutduğunu qeyd etməyib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->