Cənubi Afrika respublikasının keçmiş prezidenti, hazırda xəstəxanada koma vəziyyətində olan Nelson Mandelanın yaşadığın evin işğı kəsilə bilər.
Qaynar.info xəbər verir ki, Yohannesburq bələdiyyəsi uzun müddətdir elektrik və su pulunu ödəməyən Mandelanın evinə xəbərdarlıq məktubu göndərib.
Məktubda qeyd olunub ki, 980 avroluq borc ödənilməyəcəyi təqdirdə elektrik və su kəsiləcək.
Lakin ölkə mətbuatının məsələni ictimailəşdirməsindən sonra Yohannesburq bələdiyyəsi üzr istəmək məcburiyyətində qalıb. Bələdiyyə rəsmisinin sözlərinə görə, məktub Mandelanın yaşadığı evin yerləşdiyi Houghton rayonunda başqa bir şəxsə göndərilməli imiş.
Qeyd edək ki, Nobel Sülh mükafatçısı Nelson Mandela iyunun 8-dən xəstəxanaya yerləşdirilib. Hazırda keçmiş prezidentin vəziyyəti ağırdır.
Qaynar.info
Şərhlər