Xəbər lenti

Kəmaləddin Heydərov bu vəzifəsindən istefa verir, yerinə başqa nazir gəlir
İdman 18:03 08.02.2022

Kəmaləddin Heydərov bu vəzifəsindən istefa verir, yerinə başqa nazir gəlir

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Boks Federasiyasının prezidenti postundan istefa verəcək. 

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir. Bildirilir ki, bu ABF-in sabah keçiriləcək konfransında baş tuta bilər. 

Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsə gəlincə, iddialara görə, onun yerini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tutacaq.
 


Qeyd edək ki, ABF-nin birinci vitse-prezidenti Ağacan Abıyev Qaynarinfo-ya açıqlamasında Kəmaləddin Heydərovun istefa verəcəyi barədə məlumatlı olmadığını desə də, federasiya prezidentinin 4 il müddətinə seçildiyini demişdi. Kəmaləddin Heydərov isə 13 ildir ki, bu postdadır.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->