Ekonomiks 13:07 19.11.2019

Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi oldu

İndiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin birbaşa tabeliyində olan Respublika Suni Mayalanma Mərkəzi nazirlik yanında Dövlət Toxum Fondunun tabeliyinə verilib. 

Bu barədə "Report”a nazirlikdəki mənbə bildirib.

Xatırladaq ki, Respublika Suni Mayalanma Mərkəzi 2017-ci ildə Göygöl rayonunda yaradılıb. Məqsəd ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirməkdir.