Slovakiyanın Dobsina bölgəsində yaşayan Stefan Polqari qeyri-adi sərgi təşkil edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı Stefan 1231 fərqli model 3500 ədəd köhnə telefonun sərgiləndiyi muzey təşkil edib. Gənc bildirib ki, 2 il əvvəl belə bir ideya ağlına gəlib, 231 modeli özü tapa bilib, digər 1000 ədədini isə kolleksiyaçıdan bir neçə min avroya alıb.
Muzeydə aralarında Nokia, Ericsson, Alcatel kimi firmalara aid 1990-cı illərdən bəri istehsal edilmiş, lakin hazırda istifadə edilməyən telefonlar göstərilib.
Gülşən
Qaynarinfo.Az
Şərhlər