Maqazin 21:10 11.09.2019

Kirkorov Bakıda konsert verəcək

Rusiyanın Xalq artisti Filipp Kirkorov öz "Instagram" hesabında paylaşım edib. 

Qaynarinfo Sputnik Azərbaycan xəbər verir ki, müğənni Bakıda baş tutacaq konserti ilə bağlı ilk elanını yerləşdirib. O, öz paylaşımına: "Bakı! Söz verdiyim kimi, 30 və 31 oktyabr tarixində bizi möhtəşəm görüş gözləyir. Azərbaycanın paytaxtında "Əhvalın rəngi" adlı şou. Bakı Konqress Mərkəzində görüşənədək!" - fikirlərini əlavə edib.

Qeyd edək ki, Bakı Konqress Mərkəzində baş tutacaq konsert iki gün davam edəcək. Biletlərin qiyməti isə 40-600 manat arası dəyişir.