Xalq artisti Mübariz Tağıyev “İncə sənət” verilişində şou-bzneslə bağlı maraqlı aşıqlamalar verib.
Gecce.az xəbər verir ki, bir dəfə də olsun toyda ifa etməyən Tağıyev həmkarlarının toy repertuarlarına görə irad tutub. O yüngül janrda yazan bəzi bəstəkarları da qınaq obyektinə çevirməyi unutmayıb.
“Günü-gündən yüngül janrda yazan bəstəkarlarımızın sayı artmaqdadır. Hətta iş o yerə çatıb ki, Türk mahnılarını da mənimsəyib öz adlarına çıxırlar. Türk qardaşlarımızın böyüklüyüdür ki, məhkəmələrlə bu məsələni ortaya çıxartmırlar. Bir gün gələcək onlar da bəsdirin deyəcəklər. Bu gün toylarda sənətkarlarımızın ifasında bayağı mahnıları da eşidə bilərik. Axı bu toydur. Necə senzura yaradasan? Gərək müğənnilərimiz toylardan yox, səhnələrdən pul qazanalar.”
Xalq artisti səhnədə boy göstərən xanım və kişi müğənnilərimizi də müqayisə etməyi özünə borc bilib.
“Xanımlarımız arasında Beyons kimi ifaçılar var, amma kişi müğənnilərimizin istiqamətləri yönəlib Afrikanın cinqluliləri tərəfə…”
Qaynar.info
Şərhlər