Xəbər lenti

Ekonomiks 13:02 04.03.2021

"Kişilər zəhmət çəkib alternativ yollardan istifadə etsinlər” - Nəqliyyat eksperti

"Narahat olmasınlar, qadına dəyər verib hədiyyə gətirmək istəyən olsa, nəyin bahasına olur-olsun bunu edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı 8 mart Beynəlxalq Qadınlar Günündə Bakıda ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətdən danışarkən deyib. Ekspert hesab edir ki, qadınlar bu qərarı anlayışla qarşılamalıdırlar:

"Operativ Qərargah qərarlarını təhlillərin nəticəsi olaraq qəbul etməlidir. Boş-boşuna qərar verilməməlidir. Bayram günləri müəyyən hərəkətlilik müşahidə edilir, vətəndaşlar daha çox küçəyə çıxırlar. İş günü olmasa da, həmin gün daha böyük sıxlıq müşahidə edilə bilər. Bir günlük məhdudiyyətdir, hər halda diqqətli olmaq lazımdır. Çünki bizim ictimai nəqliyyatımız şaxələnmir. Avtobusdan başqa ictimai nəqliyyat yoxdur. Avtobuslar da bu yükü tam daşıya bilmirlər. Belə olan halda müəyyən çətinliklər yaranır”.

Elməddin Muradlı qeyd edib ki, bu çətinliklərin qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar:

"Qadınların bayramıdır, kişilər isə zəhmət çəkib alternativ yollardan istifadə etsinlər”.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Xatırladaq ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->