Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdimuhammedin vəfat etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Moskvadakı diplomatik missiyanın nümayəndəsi məlumatı təkzib edib:
"Bu tamamilə yalandır".
18.00
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib.
Aslan Rubayev bildirib ki, ona bu barədə türkmən iş adamları məlumat veriblər. İddiaya örə, xüsusi xidmət orqanlarındakı mənbə hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.
Qeyd edək ki, Qurbanqulu Berdımuhammedov 29 iyun 1957-ci ildə Türkmənistanın Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub. 1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə Stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirib, tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb. Sonrakı illərdə Terpapevtik stomatologoya kafedrasının assistenti, dosent, Türkmən Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin dekanı, Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri olub.
1997-ci ildə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri, 2001-ci ildə Nazirlər Komitəsinin sədrinin müavini təyin edilib. Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dəfnetmə komissiyasının rəhbəri olub və Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra edib.
26 dekabr 2006-cı il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb. 11 fevral 2007-ci il tarixində keçirilmiş prezident seçkilərində 89,23% səsləri toplayaraq qalib gəlib. 2017-ci il 12 fevralda keçirilən prezident seçkilərində seçicilərin 97.69%-inin səsini toplayaraq 3-cü dəfə yenidən prezident seçilib.
Şərhlər