Xəbər lenti

Konsert zamanı 30 nəfər həbs olundu
Dünya 11:16 31.08.2013

Konsert zamanı 30 nəfər həbs olundu

Tehranda konsert zamanı 30 nəfər həbs edilib.

APA-nın HRANA-ya istinadən məlumatına görə, avqustun 29-da axşam saatlarında Tehranın “Milad qalası” salonunda Salar Aqilinin konserti ərəfəsində giriş qapısında polislərlə iştirakçılar arasında qarşıdurma baş verib. Polis konsertə gələn tamaşaçıların salona daxil olmasının qarşısını alıb və onların da əksəriyyəti qadınlar olub. Buna səbəb həmin qadınların geyimlərinin şəriət qaydalarına uyğun olmadığı göstərilib. Konsertə həyat yoldaşı ilə gəlmiş bir qadının polisə tabe olmamaq bəhanəsi ilə həbsindən sonra tərəflər arasında toqquşma baş verib və nəticədə 30 nəfər kişi və qadın həbs edilib. Həbs olunanlar arasında S. Aqilinin də həyat yoldaşı var. O, konsertin ikinci hissəsində polisin iştirakçılara qarşı gücdən istifadə etməsinə etirazını bildirib və salonda olan insanlar müxtəlif şüarlar səsləndirib və döşəməni təpikləyiblər. Tamaşaçılar “Taliban” həya et, ölkəni tərk et!”, “Ümidsiz hökumətə ümid etməyin!”, “İranlılar oyanıblar, “Taliban”dan cana doyublar!”, “Polis xəcalət, xəcalət!” kimi şüarlar səsləndirblər. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->