Koronavirus qurbanlarının sayı 80-ə çatdı və dünyaya yayılmağa başladı

Koronavirus qurbanlarının sayı 80-ə çatdı və dünyaya yayılmağa başladı

Çində bir sutka içində 24 nəfər yeni koronavirusun yaratdığı pnevmoniyadan dünyasını dəyişib. Ölkənin Dövlət Səhiyyə Komitəsindən verilən məlumata görə, bunla da virus qurbanlarının ümumi sayı 80-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bütün yeni ölüm hadisələri virusun yayılma mərkəzinə çevrilən Vuhan şəhərinin yerləşdiyi Hubei əyalətində baş verib.
Bundan əlavə, ötən gün vilayətdə 769 yeni yoluxma faktı qeydə alınıb ki, onlardan 371-i Hubei əyalətinə aiddir. Ölkədəki virusa yoluzanların ümumi sayı 2794 nəfərə çatıb.

Virusun dünyanın başqa ölkələrinə yayılması da diqqət çəkib. Səkkiz hadisə Honq Konqda, beşi Makaoda, dördü Tayvanda, bundan əlavə, yoluxma hallarının 7-si Taylandda, hərəyə dörd olmaqla Avstraliya və Sinqapurda, hərəyə üç olmaqla Yaponiya, Cənubi Koreya, ABŞ, Malayziya və Fransada, ikisi Vyetnamda, biri Nepalda qeydə alınıb.
XƏBƏRLƏR
BLOGLAR