Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib (YENİLƏNİB/VİDEO)
Bakıda məktəbli vəfatə edib.
Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.
R.Quliyevin ölüm səbəbinin koronavirus olması bildirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daxil olan Renat Quliyev MisC (Çox Sistemli İltihab Sindromu) xəstəliyindən vəfat edib:
"O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”.
10:13
Koronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub.
Qaynarinfo İTV-yə istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.
R.Quliyevin ölüm səbəbinin bəzi mənbələrdə koronavirus olduğu qeyd edilsə də, şagirdin təhsil aldığı məktəbin rəhbərliyi buna rəsmi münasibət bildirməyib.
Xatırladaq ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Həmçinin, bəzi məktəblərdə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər