Xəbər lenti

Kosmosa gedən astronovtın DNK-sı dəyişdi
Dünya 15:44 28.03.2018

Kosmosa gedən astronovtın DNK-sı dəyişdi

NASA kosmosda 1 il vaxt keçirən astronovt Skot Kellinin DNK-sının dəyişdiyini açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, NASA 2014-cü ildə "Twin Study" (Ekiz araşdırması) layihəsinə start verib. Ekiz qardaşlardan Skot Kelli kosmosa yollanıb, Mark Kelli isə dünyada qalıb.

1 il sonra ekizlərin saç, bədən suyu, dəri hüceyrələri və s. analiz edilib. Skot Kelli Yerə qayıdandan 1 il sonra orqanizmindəki proseslər normallaşıb, lakin DNK-dakı dəyişiklik əvvəlki vəziyyətinə qayıtmayıb və o, hazırda ekiz qardaşı ilə fərqli DNK-lara sahibdir.

Qeyd edək ki, Kelli qardaşlarının nəticələri 3 illik Mars layihəsində istifadə ediləcək.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->