"Paradise sənədləri" adlanan milyonlarla yeni sənəd dünyanın əc güclü və varlı şəxslərinin offşor yatırımlarını ortaya çıxarıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sənədlərin üzə çıxması nəticəsində İngiltərə kraliçası və ailəsinə aid 13 milyon dollarlıq offşor yatırımı aşkarlanıb. Pullar Kayman adaları və Bermudada offşor şirkətlərə yatırılıb. Kraliçanın bu yatırımına görə qeyri-qanuni əməl ittihamı olmasa da, onun vergidən yayınmaq məqsədilə belə bir addım atması ölkədə səs-küyə səbəb olub.
Kraliçanın ingilis "Brighthouse" şirkətində hissə sahibi olduğu məlum olub. Bu qurum daha əvvəl 17,5 milyon funt-sterlinq borcla batmış və 6 min insanı işsiz qoymaqda ittiham edilmişdi.
Krallıqdan verilən açıqlamada bildirilir ki, kraliçanın bu yatırım barədə məlumatı yoxdur.
Qeyd edək ki, ictimaiyyətə təqdim edilən sənədlərdə ABŞ prezidenti Donald Trampın kabinetindən olan ticarət naziri Vilbur Rossun ölkənin sanksiya tətbiq etdiyi Rusiya şirkətində hissə sahibi olduğu ortaya çıxıb.
Açıqlanan sənədlərin sayı 13,4 milyondur və onlar ötən il olduğu kimi bu il də alman qəzeti "Süddeutsche Zeitung" tərəfindən əldə edilib. Sənədləri araşdıran qurumlar arasında "BBC" də var.
Gülşən
Qaynarinfo.Az
Şərhlər