Moskva, Türkiyə də daxil olmaqla tərəfdaş ölkələri Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında qarşıdurmanın siyasi və diplomatik məcraya qaytarılmasına kömək etməyə çağırır.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Qarabağda baş verənlərlə əlaqədar olaraq Azərbaycan, Ermənistan və Türkiyə ilə "müxtəlif səviyyələrdə davamlı təmasdadır". Ümumiyyətlə, Moskva növbəti addımlarını müəyyənləşdirmək və ATƏT-dəki tərəfdaşları ilə birlikdə mövqe formalaşdırmaq üçün Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir.
Peskov əlavə edib ki, Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində dərin təhlil və müzakirə mövzusudur. Peskov "bu, son dərəcə həssas bir məsələ olduğuna görə mütləq dəqiqliyə ehtiyac var" deyərək, başqa şərh verməkdən imtina edib.
Alpər
Şərhlər