Rəsmi Kreml ABŞ-la bağlı açıqlama ilə çıxış edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada "Suriyadakı gərginliyi artıracaq addımlardan uzaq durmaq lazımdır. ABŞ ilə Rusiyanın Suriya mövzusunda ünsiyyət imkanları var. İki ölkə prezidentləri arasında telefon görüşü hələlik planlaşdırılmır" fikirləri vurğulanıb.
Qeyd edək ki, Suriyada kimyəvi silahdan istifadə və çox sayda mülki vətəndaşın zərər görməsi iki ölkə arasında gərginliyə səbəb olub. ABŞ məsələdə Rusiya və Bəşər Əsəd hökümətini ittiham edir. Virciniyadan yola düşən ABŞ donanma gəmiləri Aralıq dənizinə doğru hərəkət edir. İngiltərə və ABŞ Suriya barədə yekun qərarlarını açıqlayacaqlarını bildirib.
Gülşən
Şərhlər