Yunanıstanın Krit adasında fövqəladə vəziyyət elan edilib.
Qaynarinfo xəbər verir ki, qərar güclü yağış və daşqın səbəbilə qəbul edilib. Fevral-mart aylarında müşahidə edilən qeyri-sabit hava şəraiti adanın infrastrukturuna ciddi zərər verib.
Bərpa işləri üçün 91,7 milyon avro məbləğ ayrılıb.
Qeyd edək ki, pis hava şəraiti paytaxt Afinada da daşqınlara və hərəkətin məhdudlaşmasına səbəb olub.
Gülşən
Şərhlər