ÇL-də maraqlı rekord, bir oyunda dörd penalti

ÇL-də maraqlı rekord, bir oyunda dörd penalti

Ötən gün Çempionlar Liqasının G qrupunda "Zaltsburq"la (Avstriya) "Sevilya" (İspaniya) arasında baş tutan Çempionlar Liqası matçında maraqlı anlar yaşanıb.

Qaynarinfo xəbər verir ki, qarşılaşmanın ilk hissəsində dörd penalti qərarı çıxarılıb. Bu ÇL tarixində bir matçda ilk belə hal olub. 

Görüşün 12-ci dəqiqəsində Karim Adeyemiyə qarşı kobudluğa görə hakim penalti qərarı verib. Ancaq ağ nöqtəyə yaxınlaşan futbolçu bu fürsətdən yararlana bilməyib. Matçın 20-c dəqiqəsəində eyni futbolçuya qarşı edilən sərt hərəkətə görə hakim daha bir penalti təyin edib. Bu dəfə Luka Suçiç fürsəti dəyərləndirərək penaltini qola çevirməyi bacarıb. Görüşün 36-cı dəqiqəsində Adeyemeyə qarşı üçüncü dəfə yol verilən qayda pozuntusu da penalti kimi dəyərləndirilib. Suçiç isə bu dəfə fərqlənməyi bacarmayıb. Onun zərbəsindən sonra top dirəkdən qayıdıb. Bununla yanaşı Ademeye Çempionlar Liqası tarixində bir oyunda komandasına 3 dəfə penalti qazandıran ilk futbolçu ünvanına sahib çıxıb.
 
Matçın 40-cı dəqiqəsində isə "Sevilya" VAR incələməsindən sonra penalti vurmaq hüququna yiyələnib. Topun arxasına keçən İvan Rakitiç penaltini qola çevirməklə hesabı bərabərləşdirib. Xorvatiyalı ulduz həm də "Sevilya"nın avrokuboklarda 100-cü qolunu vurmaqla klubun tarixinə düşüb. 

Görüşdə diqqət çəkən digər məqam "Zaltsburq"un heyəti ilə bağlı olub. Belə ki, Avstriya təmsilçisinin 11 üzvü 22 yaş 202 günlüyündə olub. Avstriyalılar 2009-cu ilin dekabr ayından bəri Çempionlar Liqasında ən gənc heyətlə meydana çıxan ilk klub olub. 
 
"Sevilya" - "Zaltsburq" görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X