"Klinik simptomlu şəxsləri, yoluxanlarla təmasda olanları və xaricdən gələnləri test edirik. 23 laboratoriya bu testləri aparır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, yaxın günlərdə laborator testlərin aparılması üçün ölkəyə yeni avadanlıqların gəlməsi gözlənilir: "Testlərin cavabının gecikməsi yox, yoluxanların sayının və onların təmasda olduğu şəxslərin artması ilə bağlı test sayının artması müşahidə olunur”.
Şərhlər