"Laçın rayonu iqtisadi potensialına görə, Azərbaycanda xüsusi seçilən bölgələrdəndir”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, işğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq olub:
"Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrindən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var.
28 illik işğal Laçın rayonunun potensialından istifadəyə imkan vermədi. Dövlət Statistika Komitəsinin məlumatına görə, Laçın rayonuna məxsus müəssisə və təşklatlarda 2019-cu ildə cəmi 27 milyon 326 min manatlıq məhsul istehsal olunub. İşğal nəticəsində Laçın rayonuna dəyən ziyan on milyard dollarlarla ölçülür. Artıq Laçın bizimdir. Bu dəfə daimi”.
Vüqar Bayramov 28 il öncə 264 vətəndaşımızın şəhid olduğu, 65 nəfərin girov düşdüyü və 103 sakinin əmək qabiliyyətini itirdiyi döyüşlərdən sonra Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayıb:
"İşğaldan sonra 66 minə yaxın Laçın sakini ölkəmizin 59 şəhər və rayonlarında məskunlaşdı. Bu gün artıq Laçın azaddır. Hamımızın gözü aydın olsun”.
Bahar Rüstəmli
Şərhlər