Laporta yenidən prezidentdir: Messini saxlayacaq, klubu xilas edəcək (VİDEO)
Nəhayət "Barselona” yeni və köhnə prezidentinə qovuşub. Komandanın prezident seçkisi başa çatıb.
Qaynarinfo xəbər verir ki, hər şeyə 24 yanvar tarixində qərar verilməli olsa da, əlverişsiz epidemioloji vəziyyətə görə səsvermə mart ayına təxirə salınnışdı. 58 yaşlı Joan Laporta səslərin 54.28%-i ilə seçkilərdə qalib gəlib. O, Viktor Fontu (29,29%) və Toni Freyşanı (8,58%) qabaqlaya bilib.
Laportanın komandası artıq bayramı qeyd edir.
Jurnalist Joan Bailes Laportanın komandası ilə Çempionlar liqası cavab oyunu üçün Parisə gedəcəyini xəbər verir. Oyun çərşənbə günü olacaq.
Qeyd edək ki, Laporta "Barça”nın 2003-2010-cu illərdəki ən uğurlu dövrüylə assosiasiya olunur: Raykard və Ronaldinyo, Pep və Messi bir ildə altı turnir qazanıb. Düzdür, problemlər də olub: 2007-ci ildə prezidentə etimadsızlıq göstərilib ("Real Madrid”in "Camp Nou”dakı çempion dəhlizindən sonra) – o buna Pepin təyinatı ilə cavab verib, 2010-cu ilə qədər vəzifəsində qalıb, sonra isə gedib.
Bundan sonra maliyyə sənədlərindəki uyğunsuzluqlar ortaya çıxıb: Laportanın son mövsümündə klub mənfəətini elan edib, əslində isə təşkilat zərərə uğrayıb - 79 milyon avro. Məhkəmədə Laporta və digər yeddi vitse-prezidentdən 25 milyonun qaytarılması istənilib, lakin hakim keçmiş prezidentin lehinə qərar verib.
Seçkilərdə klubun 110290 üzvü səs vermək hüququna sahib olub, onlardan 20663-ü əvvəlcədən poçtla səs verib. Bazar günü başqa 35 min seçici seçki məntəqəsinə gəlib: səhər 9-dan axşam 9-a qədər məntəqə açıq olub (Bakı vaxtı ilə 00:00-da qapanıb).
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər