Rusiyanın qalmaqallı siyasətçisi Dmitri Roqozin növbəti diqqət çəkən açıqlama verib.
“Axar.az”ın Rusiya mediasına istinadən məlumatına görə, Roqozin Litva Xarici İşlər Nazirliyinin Krımla bağlı etiraz bəyanatına təhdidlərlə cavab verib:
”Litva Xarici İşlər Nazirliyi Rusiyadan tələb edir ki, niyə Rusiya bayrağı Krım parlamenti binasında dalğalanır. Cavab verirəm – birincisi, bu, çox gözəldi və təsirlidi. İkincisi, siz litvalılar çox danışsanız, bayrağımızı sizə də sancacağıq. Üçüncüsü, diqqətinizə çatdırım ki, 2014-ci il Ukraynada rus bayrağı ilidi. Vəssalam”.
Qaynar.info
Şərhlər