Levandovski Messi ilə bağlı yayılan söz-söhbətə nöqtə qoydu

Levandovski Messi ilə bağlı yayılan söz-söhbətə nöqtə qoydu

"Dünən Polşa telekanalına verdiyim müsahibədə dediyim fikirlər kontekstdən çıxarılıb”.
 
Qaynarinfo xəbər verir ki, bu sözləri Robert Levandovski Messi haqda dediyi iddia edilən fikirlərə münasibət bildirərkən deyib. Futbol ulduzu söhbətin əslində necə olduğuna belə aydınlıq gətirib: 

"Lionel Messinin ciddi və səmimi olmadığını demək istəməmişdim. Əksinə. Messinin Parisdəki tədbirdə mənim 2020-ci ildə "Qızıl Top" mükafatına layiq olduğumu deməsi mənə xoş təsir etdi və qürurlandırdı. Demək istəyirdim ki, Messinin sözləri ciddi qəbul edilsə, çox sevinərəm. Lionel Messiyə hörmət edirəm, dəyər verirəm və bir daha 2021-ci il "Qızıl Top" mükafatını qazanması münasibətilə təbrik edirəm".

Qeyd edək ki, mətbuat Robert Levandovskinin Ploşa TV-sinə verdiyi müsahibədə söylədiyi fikirləri kontekstdən çıxararaq bu şəkildə yaymışdı: "Ümid edirəm ki, Messinin bu sözləri quruca söz deyil, səmimi fikirlərdi".
XƏBƏRLƏR
BLOGLAR
X