"Festival çox xoşuma gəldi. Gözəl təşkil olunub".
Qaynarinfo xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Xalq artisti Emin Ağalarovun oğlu Əli Ağalarov deyib.
"Jara-2018” Beynəlxalq Musiqi Festivalı haqda təəssüratlarını bölüşən Əli bildirib ki, festivaldan çox məmnundur:
"Təşkilatçılıq əladır. Mən "Jara”nı çox sevirəm. Ancaq qardaşım Mikayılın "Jara”dan xoşu gəlmir. Bacım isə hələ çox balacadır. "Jara” festivalı haqda məlumatı yoxdur. Müğənnilərdən İqor Krıd və atamı sevirəm”.
Ağalarov "Sizin də atanız kimi səsiniz var?” sualına isə özünəməxsus cavab verib:
"Əvvəllər karaokedə oxuyurdum. İndi isə oxumuram. Böyüyəndə kino aktyoru olacağam”.
Qeyd edək ki, Əli Ağalarov tədbirə atası ilə birgə qatılıb.
Şərhlər