Xəbər lenti

“Liverpul” Salahı polisə təslim etdi
İdman 14:46 14.08.2018

“Liverpul” Salahı polisə təslim etdi

"Liverpul"un futbolçusu Məhəmməd Salahın başı dərddədi. 

Qaynarinfo xəbər verir ki, 26 yaşlı misirli ulduzun avtomobil sürərkən mobil telefondan istifadə etməsi kameraya düşüb. Videoda futbolçu avtomobillə hərəkət edir və onun ətrafında çoxlu sayda azarkeş, həmçinin uşaqlar da var. 

Mersisayd polisi Salahın sükan arxasında telefonla danışdığını əks etdirən kadrların polisə klubun tərəfindən təqdim edildiyini açıqlayıb. "Liverpul” öz futbolçusu ilə bağlı aparılan araşdırma və kadrların polisə verilməsini təsdiqləyib. Bundan sonra isə nə klub, nə də futbolçu heç bir şərh verməyəcəklərini açıqlayıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->