UEFA Super Kubokunun qalibi bəlli olub.
Qaynarinfo xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən qarşılaşmada ötən mövsüm avrokubokun qalibi olan komandalar üz-üzə gəlib. Belə ki, İngiltərə derbisində Çempionlar Liqasını qazanan "Liverpul”la Avropa Liqasında zəfər əldə edən "Çelsi” ilə qarşılaşıb.
Tərəflər 90 dəqiqə ərzində hərəyə bir dəfə fərqləniblər. "Liverpul”dan Sadio Mane, "Çelsi"dən Olivye Jiru fərqlənib. Əlavə vaxtda Sadio Mane dublunu rəsmiləşdirib, Jorjinyo isə yenidən hesabı bərabərləşdirib. Penalti seriyasında isə 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Liverpul" UEFA Super Kubokunun qalibi olub.
Şərhlər