İngiltərə Premyer Liqasının IV turunda "Bernli”nin qonağı olan "Liverpul”da qalmaqal baş verib.
Qaynarinfo xəbər verir ki, "qırmızılar"ın 3:0 hesablı qələbə qazandığı qarşılaşmanın 37-ci dəqiqəsində əvəzlənən Sadio Mane bundan bir neçə dəqiqə əvvəl ötürmə etməyən Məhəmməd Salaha əsəbiləşib. Seneqallı futbolçunu baş məşqçi Yurgen Klopp və komanda yoldaşları çətinliklə sakitləşdirib.
Yurgen Klopp hadisəyə oyundan sonra keçirilən mətbuat konfransında münasibət bildirib: "Mane həssas insandı. Emosiyalarını gizlədə bilmir. Baş verən hadisə böyük olay deyil. Paltardəyişmə otağında hər şeyi yoluna qoyacağıq”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər