Xəbər lenti

Liviyada itkin düşən azərbaycanlı dənizçilər tapıldı
Ölkə 17:21 20.04.2016

Liviyada itkin düşən azərbaycanlı dənizçilər tapıldı

Egey dənizində iki aydan artıqdır ki, itkin düşən azərbaycanlı dənizçilər tapılıb. Qaynarinfo.az anspress-ə istinadən xəbər verir ki, dənizçilərin hər üçü sağ-salamatdır və hazırda Liviyanın paytaxtı Tripolidə Tacura prokurorluğunda dindirilirlər. 

Liviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdul Rzaq Şakahai isə dənizçilərin ailəsini əmin edib ki, bu məsələdə birbaşa şirkət məsuliyyət daşıyır. Heyət dindirildikdən sonra sərbəst buraxılacaq. Bunun üçün o həm rəsmi, həm şəxsi kanalları ilə əlaqə saxlayır. 

İtkin
İtkin düşən azərbaycanlılar

“Gəmi Liviya sularına daxil olarkən yanacağı bitib. Üstəlik onlar suya icazəsiz daxil olublar. Gəmidə nə olub, nə aparılıb bu barədə məlumat yoxdur. Ona görə də Liviyanın Tripoli şəhərindəki porta aparılıb. Amma mən onların hər birinin ailə üzvlərinə bildirmək istəyirəm ki, narahat olmasınlar ən qısa zamanda bu məsələni həll edəcəyik. Bunun üçün aidiyyatı orqanlar araşdırma aparacaq və ən qısa zamanda onlar azad olunacaq və ölkəyə geri qaytarılacaqlar. Bunun üçün əlimizdən gələni eəcəyik” - deyə Liviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili bildirib. 

İtkin düşən həmyerlilərimizin yaxınları isə bugünkü görüşün tezliklə müsbət nəticələnəcəyinə ümid edirlər. 

Xarici işlər nazirliyinin rəsmisi Hikmət Hacıyev bildirib ki, məsələ nazirliyin diqqətindədir. Dənizçilərin ailələrinə qaytarılması üçün bütün lazımi prosedurlar görüləcək.


Qaynarinfo.az 
--> -->