Xəbər lenti

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edildi
Ölkə 19:50 02.04.2026

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edildi

Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi çərçivəsində Media və kommunikasiya şöbəsi ləğv edilib.

APA-nın əldə etdiyi məlumata görə, ləğv edilən şöbənin əvəzinə müstəqil Media ilə iş sektoru yaradılıb.

Həmçinin Nazirlikdə Kommunikasiya sektoru formalaşdırılıb.
Qeyd edək ki, ləğv edilən şöbənin müdiri vəzifəsini Aynur Kərimova icra edirdi.
--> -->