Xəbər lenti

Hesablama Palatası fəaliyyəti haqqında hesabatı MM-ə təqdim edəcək
Ölkə 20:10 02.04.2026

Hesablama Palatası fəaliyyəti haqqında hesabatı MM-ə təqdim edəcək

"Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"ın təsdiq edilməsi və Milli Məclisə (MM) göndərilməsi barədə qərar qəbul edilib.

Qaynarinfo bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, bu məsələ qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş Kollegiya iclasında müzakirə edilib. Dövlət büdcəsi və strateji təhlil şöbəsinin əməkdaşları Hesabatda təqdim edilmiş yeniliklər barədə söz açıb, əks olunan əsas məlumatlardan bəhs edib. Bildirilib ki, Hesabatda Palatanın fəaliyyətinin, o cümlədən auditin təsiri barədə məlumatların genişləndirilməsinə çalışılıb..
 

Daha sonra Palatanın aparat rəhbəri və Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin əməkdaşları dövlət auditinin rəqəmsallaşdırılması üzrə görülən işlər, müvafiq sistem vasitəsilə təqdim olunan hesabatların qiymətləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bir qurumun hesabatları üzrə aparılmış təhlilin ilkin nəticələrinin təqdimatı edilib.

Palatanın sədri Vüqar Gülməmmədov kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə müvafiq təhlillərin bütün qurumlar üzrə aparılması və nəticələrinin təqdim olunması, habelə 2026-cı ilin ilk rübü üzrə aparılmış nəzarət tədbirlərinin rəsmiləşdirilməsinin yekunlaşdırılması barədə tapşırıqlar verib.
Kollegiya iclasında, həmçinin nəzarət tədbirlərinin başlanılması ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.
--> -->