Liviyada davam edən silahlı qarşıdurmalarda ölü sayı artır.
Qaynarinfo xəbər verir ki, 4 apreldə başlayan döyüşlər bu günə qədər 174 nəfərin ölümünə, 756 nəfərin yaralanmasına səbəb olub. Həyatını itirənlərin 14-ü, xəsarət alanların isə 36-sı mülki vətəndaşdır.
Qeyd edək ki, General Xəlifə Həftərin rəhbərlik etdiyi qüvvələr 4 apreldə Milli Razılıq Hökumətinin nəzarətindəki Tripolini ələ keçirmək üçün hərbi əməliyyata başlayıb.
Gülşən
Şərhlər