Xəbər lenti

Ölkənin ən varlı şəxsi həbsxanaya göndərilir
Dünya 16:28 14.01.2018

Ölkənin ən varlı şəxsi həbsxanaya göndərilir

Səudiyyə Ərəbistanının ən varlı şəxsi kimi tanınan şahzadə Əl Valid İbin Təlalın 5 ulduzlu Ritz Carlton Hotelindən çıxarılaraq həbsxanaya göndərildiyi iddia olunub.

Qaynarinfo xəbər verir ki, "Əl Arabi Əl Cədid" media qurumunun yaydığı məlumatda şahzadənin artıq həbsxanaya göndərildiyi idda olunub. "Reuters" isə Təlal ilə danışıqların davam etdiyini, lakin bir nəticə əldə edilmədiyini yazıb.

Qeyd edək ki, şahzadə həbs edilən 200 nəfərdən biri idi. Daha sonra əksəriyyət azad edilmiş və bunun üçün Səudiyyə vəliəhdi Məhəmməd İbin Salmana böyük məbləğdə pul ödənildiyi iddia edilmişdi. Əl Valid İbin Təlalın tələb olunan 6 milyardı verməkdən imtina etdiyi üçün azad edilmədiyi deyilir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->