Xəbər lenti

Ölü uşaqlardan cəsus yaratdılar
Dünya 15:27 04.02.2013

Ölü uşaqlardan cəsus yaratdılar

İngiltərə polisi bəzi siyasi qrup və terror təşkilatılarının arasına girmək üçün ölmüş uşaqların adından istifadə edib.
Qaynar.info-nun məlumatına görə, "The Guardian" qəzeti polis təşkilatlardan birinin on illərdir müxtəlif səbəblərdən dünyasını dəyişmiş uşaqların adından istifadə edib.
Üstəlik, polis ölmüş uşaqların adına pasport və sığorta kartı çıxardığı halda, həmin uşaqların valideynlərindən icazə almayıb. Bütün bu əməliyyatlar gizli və qanunsuz şəkildə aparıldı.
1968 və 1994-cü illər arasında həyata keçirilən bu əməliyyat istefada olan iki polis işçisinin etiraflarından sonra ortaya çıxıb. İngilis polisinin 1994-cü ilə qədər 80 ölü uşağın adlarından qanunsuz istifadə etdiyi bildirilib.
Məsələn, ingilis polis təşkilatında işləyən Con Dines 90-cı illərdə "Con Barker" adı altında anti-kapitalist qruplaşmasının üzvü olub.
İngiltərə Parlamentinin daxili işlər komissiyasının sədri Keyt Vaz polisin istifadə etdiyi bu addımı dəhşət adlandırıb.
"The Guardian"ın verdiyi xəbər qarşısında şoka düşdüyünü söyləyən Vaz, "Bu vəziyyət xüsusilə həyatını itirən uşaqların valideynləri üçün bir fəlakətdir" deyib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->