O, bu problemin həlli yolu olduğunu desə də, konkret bir fikri söyləməyib
Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ problemini Azərbaycan və Ermənistanın həll etmək gücünə malik olduğuna əmindir.
Moderator.az-ın «BELTA»-yə istinadən məlumatına görə, bunu o, MDB, Baltik və Gürcüstan baş redaktorlar klubunun üzvləri ilə görüşdə bildirib.
«Bu münaqişə kiməsə sərfəlidir. Ola bilsin «parçala hökm sür» siyasətindən çıxış edənlərə xeyirdir. İki ölkənin prezidentləri bu problemi həll etməlidir. Həlli də var»-deyə, A.Lukaşenko əminliklə söyləyib.
Onun sözlərinə görə, bunu üçün siyasi iradə nümayiş etdirilməlidir ki, insanlar normal yaşasın.
Şərhlər