Xəbər lenti

Gəlir və qorxu itkisi: Ukraynadakı müharibə Baltikyanı ölkələrdə adi həyatı məhv etdi -
Dünya 23:59 04.06.2024

Gəlir və qorxu itkisi: Ukraynadakı müharibə Baltikyanı ölkələrdə adi həyatı məhv etdi - "Politico"

Rusiyanın Ukraynaya hücumu Baltikyanı ölkələrdə Rusiya ilə sərhəd yaşayış məntəqələrinin sakinlərinin adi həyat tərzini məhv edib.

Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, onlar daima sabah rusların onları zəbt edəcəyini gözləyirlər.

"Qaçmaq lazım olarsa, həmişə maşınlarımızda benzin olmalıdır, mən də buna çalışıram. Amma mənim babam və nənəm var, burada dostlarım var, burada hər şey var. Necə gedə bilərəm?", deyə Rusiya sərhədindən 30 km-dən az məsafədə yerləşən Estoniyanın Viru şəhərinin sakini jurnalistlərə bildirib.

İndi NATO şərq cinahının müdafiəsini gücləndirir və sərhəd şəhərləri hərbi düşərgələrə çevrilib. Burada çoxlu NATO ölkələrinin əsgərləri var və sərhəd yaxınlığındakı poliqonlardan daim hərbi təlimlərin partlayış səsləri eşidilir.

"Siz ordunun yük maşınlarını görürsünüz, hərbi təyyarələri eşidirsiniz və bu təzyiqi üzərinizdə hiss edirsiniz. Bu, ağırdır", deyə Latviyanın Aluksne şəhərinin sakini bildirib.

Estoniya Viru şəhəri yaxınlarında hərbi poliqon görünəndə yerli sakinlər şikayət etməyə başlayıblar ki, hakimiyyət onların şəhərini ruslar üçün prioritet hədəfə çevirib. İnsanlar şəhərdə bomba sığınacaqları və hava hücumundan müdafiə sistemlərinin olmamasından da şikayətləniblər.

Lakin Moskvanın işğalının qaytarılması qorxusu Baltikyanı ölkələrin adi sakinlərinin üzləşməli olduğu problemin yalnız bir hissəsidir. SSRİ-nin dağılmasından sonra kiçik Baltikyanı şəhərlər transsərhəd ticarət və turizm üzərində inkişaf etməyə başlayıb, çünki Rusiyanın Sankt-Peterburq (və ümumilikdə Rusiya Federasiyasının şimal-qərbi) ilə Avropa arasında ticarət və turizm marşrutları onlardan keçir.

Lakin indi Rusiya-Baltik sərhədi ticarət zonasından hərbi-siyasi gərginlik zonasına çevrilib. Xüsusilə, Baltikyanı ölkələrin sərhədləri Asiyadan olan minlərlə qeyri-qanuni miqrant tərəfindən məqsədyönlü şəkildə hücuma məruz qalır, Baltik dənizindəki kabellər və boru kəmərləri müəmmalı hadisələr nəticəsində zədələnir, GPS siqnallarının nasazlığı səbəbindən kommersiya uçuşları ləğv edilir. 

Turizm sektorunun əməkdaşları xeyli sayda müştərini - rusiyalı turistləri itirdiklərini bildirirlər. Hərbi maşınlar küçələrdən keçəndə avropalı turistlər istirahət etməyi sevmədiyi üçün yeni otellərin tikintisi dondurulub.

Merin müavini "Politico" müxbirinə deyib ki, o, Estoniyanın kurortlarından, restoranlarından və barlarından həzz almaq üçün onun guşəsinə gələn "orta ruslara" qarşı heç vaxt pis niyyət hiss etməyib. Lakin rusların öz liderlərinə şəksiz itaətləri Baltikyanı qonşularına olan hər cür məhəbbətini kölgədə qoyub.

"Prezident Putin onlara nəsə etməyi desə, onlar bunu edəcəklər”, deyə rəsmi bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->