Xəbər lenti

Opta superkompüteri yığmaların Avro 2024-də şanslarını qiymətləndirdi (FOTO)
Dünya13:20 04.06.2024

Opta superkompüteri yığmaların Avro 2024-də şanslarını qiymətləndirdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Opta superkompüteri Almaniyada 14 iyunda start götürəcək futbol üzrə Avropa çempionatında iştirak edəcək yığmaların şanslarını qiymətləndirib.
Qaynarinfo xəbər verir ki, superkompüterə görə, Avro-2024-ün favoriti İngiltərə yığmasıdır.
Qaret Sautqeytin yetirmələrinin turnirin 1/4 finalına yüksəlməsi 70% səviyyəsində qiymətləndirilir. Komandanın yarımfinala 48,2%, finala yüksəlməsi 31,1% təşkil edir. Avro 2024-ün qalibi olmaq şansı 19,9%-dir.
Digər əsas favoritlər Fransa (19,1%) və Almaniya (12,4%) yığmalarıdır.
Süni zəka Türkiyə yığmasının Avro-2024-də qalib gəlmə şansını 1,5% qiymətləndirir.
Ən aşağı şanslar Gürcüstandadır - cəmi 0,1%, Albaniya və Slovakiyanın şansları müvafiq olaraq 0,2% və 0,3% təşkil edir. 
Nizami Bağırov