Xəbər lenti

Ekonomiks 20:49 04.06.2024

"Qadınlarla kişilərin eyni yaşda pensiya alması normaldır" (ŞƏRH)

"Pensiya alanların sayının azaldılması və yaş məhdudiyyətinin qoyulması doğru addım deyil, tələsik verilmiş qərardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli qadınların pensiya yaşının artırılması ilə bağlı verilən qərara münasibət bildirərkən deyib.
 
Ekspertin sözlərinə görə, kişilərin pensiya yaşı artıq 65 yaşa çatdırılıb, qadınlarda isə hər il 6 ay olmaqla 2027-ci ilə qədər 65 yaşa çatdırılacaq:

"Kişilərin gözlənilən ömür müddəti 73,8 ildir, qadınlarda isə 76-dan yuxarıdır. Yəni faktiki olaraq qadınlar kişilərdən çox yaşayır və çox da pensiya alırlar. Pensiya yaşının eyniləşdirilməsində heç bir problem yoxdur, ədalətlidir. Dünyanın əksər ölkələrində, xüsusən də gender bərabərliyi olan, qadınla kişinin eyni hesab olunduğu ölkələrdə pensiya yaşı eyni olur. Bu da normaldır”.
 

"Qadınların pensiya yaşı niyə 65-ə qaldırılır" sualına cavab verən həmsöhbətimiz düşünür ki, bu addım daha az şəxsin pensiya almasına hesablanıb:

"Bu isə antihumanist, antisosial qanundur. Bir neçə il bundan qabaq 1 milyon 200 mindən çox insana pensiya verirdilərsə, indi cəmi 1 milyon 100 nəfər pensiya alır".

Qeyd edək ki, Azərbaycanda qadınların pensiya yaşı artırılır. Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişəcək. Belə ki, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->