Xəbər lenti

Ukraynada sülh necə olmalıdır? - Baydenin cavabı
Dünya 18:52 04.06.2024

Ukraynada sülh necə olmalıdır? - Baydenin cavabı

ABŞ prezidenti Co Bayden Ukrayna üçün gələcəkdə sülhü necə gördüyü barədə cavablandırıb.

Qaynarinfo xəbər verir ki, Bayden bunu "Time" jurnalına müsahibəsində deyib. 

Xüsusən də Ağ Ev rəhbərinə sual verilib ki, Ukraynada son məqsəd nə olmalıdır və sülh necə əldə olunmalıdır.

"Sülh Rusiyanın heç vaxt Ukraynanı işğal etməyəcəyinə zəmanət olmalıdır", deyə Bayden vurğulayıb.

Onun fikrincə, Qərb ölkələri Ukraynanın çökməsinə icazə verərsə, onun ardınca Rusiyaya qonşu olan digər ölkələr də itiriləcək.

Ona NATO-nun Rusiya ilə müharibə etmək üçün sürüşkən yolda olması təhlükəsinin olub-olmaması da soruşulub.

"Xeyr, əgər Ukrayna ilə bağlı bir şey etməsək, müharibə üçün sürüşkən bir yolda olacağıq”, deyə Bayden cavab verir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->