Xəbər lenti

İtaliya baş nazirinin müavini Makronu dəli adlandırdı: “Get özün Ukraynada döyüş”
Dünya 21:49 04.06.2024

İtaliya baş nazirinin müavini Makronu dəli adlandırdı: “Get özün Ukraynada döyüş”

İtaliyada Fransa prezidenti Emmanuel Makronun Ukraynaya döyüşə getməsi təklif edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlpərəst və anti-Avropa mövqeyi ilə tanınan İtaliya baş nazirinin müavini Matteo Salvini Baridə çıxışı zamanı deyib.

"Mənim ona sözüm odur ki, Makron, sən özün get, döyüş, amma dinc yaşamaq istəyən italyanları acıqlandırma. Heç vaxt bir italyan gülləsi və ya bombası Rusiyaya düşməyəcək, biz III Dünya Müharibəsinin qapımızda olmasını istəmirik”, - Salvini bildirib.

"Mən sizə müharibədən misal çəkəcəyəm: əgər biz hərbi suverenliyi Avropa Birliyinə versəydik və vahid Avropa müdafiəsinə malik olsaydıq, sabah Makron və onun kimi dəli adamlar bizim övladlarımızı qırğına göndərərdilər. Respublika Prezidenti müharibədən əl çəkməyimizi tələb edən Konstitusiyanın təminatçısıdır. Biz müharibəyə nifrət edirik”, - o əlavə edib.

Qeyd edək ki, Salvini Rusiyanın Ukrayna Krımını qanuni şəkildə ilhaq etdiyinə inanır. "Referendum oldu və insanların 90 faizi Krımın Rusiya Federasiyasına qaytarılmasına səs verdi", o, 2018-ci ildə WP-yə müsahibəsində deyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->