"Dağlıq Qarabağ münaqişəsini yalnız Azərbaycan və Ermənistan liderləri həll edə bilər. ATƏT-in Minsk qrupu problemin həlli üçün real heç bir addım atmayıb".
Qaynarinfo xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə rusiyalı jurnalistlərlə görüşü zamanı bildirib. "İki prezident (Ermənistan və Azərbaycan – red.) oturub, "Gəlin, bu problemi insanların maraqları üçün həll edək” deməsə, Minsk qrupu heç nə edə bilməyəcək, - deyə Belarus rəhbəri bildirib.
Şərhlər