Lukaşenkonun oğlu Krasniy Polyana dağ kurortundan dincələn atasının yıxıldığı anı kameraya çəkib
Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə olimpiya hazırlıqlarını izləmək üçün Soçiyə gələn Belarus prezidenti Aleksandr Lukaşenko boş vaxtını oğlu ilə istirahət edərək keçirib.
Lukaşenkonun oğlu isə Krasniy Polyana dağ kurortundan dincələn atasının yıxıldığı anı kameraya çəkə bilib. Prezident istirahət etmək üçün gəldiyi Polyanada xizəklə sürüşərkən müvazinətini itirib və yıxılıb. Ciddi zədə almayan Lukaşenko yıxıldıqdan sonra uzun müddət qar üzərində oturmaqla kifayətlənib.
azvision.az
Şərhlər