Xəbər lenti

Lukaşenkonun şəklini yandırdılar
Dünya 13:05 14.02.2013

Lukaşenkonun şəklini yandırdılar

Qırğız hüquq müdafiəçisi Onduruş Toktonasırov Belorusun Bişkekdəki səfirliyi qarşısında aksiya keçirib.

Qaynar.info-nun məlumatına görə, Toktonasırov aksiya zamanı Belorus prezidenti Aleksandr Lukaşenkonun portretini yandırıb.

Aksiya iştirakçısı əvvəlvə Belorusun bayrağını yandırmaq istəyib, lakin səfirliyin mühafizəçilərinin xəbərdarlığından sonra fikrindən yayınıb. Toktonasırov Belorus hökumətindən keçmiş prezident Kurmanbek Bakiyevin ekstradisiya edilməsini tələb edib. Hüquq müdafiəçisi əlindəki qətnaməni şəxsən səfirin özünə təqdim etmək istəsə də, səfirliyin binasına yaxın buraxılmayıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->