Saatlıda evin pəncərəsinin yaxınlığına mal peyini tökdüyü üçün qonşusunu döyən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə Saatlı rayonunun Qara Nuru kəndində baş verib.
Belə ki, 1984-cü ildə Saatlı rayonunda anadan olmuş Zenfira Samira adlı qonşusu onun yaşadığı evin pəncərəsinin yaxınlığına mal peyini tökdüyü üçün narazılığını bildirib. Samirə qonşusuna mal peyini tökülən yeri təmizləyəcəyini bildirsə də, sözünə əməl etməyib. Qonşular arsında bundan sonra mübahisə yaranıb.
Zenfira əsəbləşərək əli ilə Samirənin bədəninin müxtəlif hissələrinə və sifət nahiyəsinə zərbələr endirib, daha sonra həyətdən çıxarıb. Sonuncu bu barədə polisə şikayət edib. Zenfira barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Zenfira sözügedən maddə ilə təqsirli bilinib və 300 manat məbləğində cərimə edilib.
Aydın
Şərhlər