Dünya 09:31 29.05.2022

“Luvr” muzeyində inanılmaz dələduzluq: Makronun sevimlisi ittiham olunur

Jan-Luk Martinez səkkiz ildən çox dünyanın ən böyük muzeyinə rəhbərlik edib, lakin keçən yay Fransanın Mədəniyyət Nazirliyi əvvəllər Orse və Orangerie muzeyinin prezidenti vəzifəsində çalışmış Laurens de Karsın "Luvr”un direktoru təyin edildiyini elan edib. Emmanuel Makron şəxsən Martinezə görülən işlərə görə təşəkkür edib və onu mədəni irs sahəsində beynəlxalq əməkdaşlığa cavabdeh səfir təyin edib. İndi isə, demək olar ki, bir ildən sonra "görülən işlərin” təfərrüatları üzə çıxıb: "Luvr”un keçmiş direktoru dələduzluqda və çirkli pulların yuyulmasında ittiham olunur.

Qaynarinfo xəbər verir ki, genişmiqyaslı beynəlxalq araşdırma ilə bağlı məlumat Fransa mediasına sızdırılıb.

Bu günlərdə Sülh Ədliyyəsi Jan-Mişel Gentil - Nikola Sarkozinin şübhə altına düşdüyü "Betankur işi”nə rəhbərlik edən həmin şəxs - Jan-Luk Martinez, eləcə də Misir Departamentinin rəhbəri Vincent Rondo və Misirşünas Olivier Perdu barəsində həbs qərarı verib. Ancaq hər üçü həbsxanada çox da qalmayıb. Həbs olunduqları günün sabahı onlar azadlığa buraxılsalar da, məhkəmə nəzarəti altında qalıblar. Bununla belə, bir ildən artıqdır araşdırılan iş bu şəkildə ictimailəşib.
Onların arasında Monpelyedəki Paul-Valeri Universitetinin professoru, misirşünas Mark Qaboldun dediyinə görə, "müstəsna" obyekt olan Firon Tutankhamonun şərəfinə 70 metrlik çəhrayı qranit stela var. Bununla belə, istintaq hazırda Adu-Dabidəki Luvr muzeyində yerləşən stelanın həqiqiliyini şübhə altına alır. Muzeyin bir filialı eksponatı 2016-cı ildə antikvar dilerlərdən 8,5 milyon avroya alıb. Hətta o zaman bəzi ekspertlər Tutanxamonun baş hərfləri olan stelanın həqiqiliyinə şübhə edirdilər, lakin Parisdəki Luvrun rəhbərliyi bu məsələ ilə bağlı memoranduma göz yumub. Martinez özünü təqsirli bilmir. Ola bilsin ki, səhlənkarlıq, həqiqətən də, qəsdən olmayıb, amma cinayət olduğu ortaya çıxıb.

Lakin bu qalmaqallı işdə yeganə hal deyil. Məhkəmədə "Luvr”da yuvarlaq məbləğə alınan ən azı beş şübhəli artefaktdan bəhs edilir, lakin bu onlarla ola bilər. Bundan əlavə, 2017-ci ildə Nyu Yorkdakı Metropoliten İncəsənət Muzeyi qızılla örtülmüş Misir sarkofaqını 3,5 milyon dollara - şübhəli stelanı "Luvr”da satan eyni antikvarçılardan alıb. Müqavilədə Kristof Kunitski, Riçard Semper və Robin Diba imza atıb. İndi Hamburqdakı qalereyanın sahibi, şübhəli əşyaların satışında vasitəçi kimi çıxış edən Robin Dib dindirilmə üçün Fransaya ekstradisiya edilib.
 
Alpər