Xəbər lenti

Şirkət rəhbəri borca görə məhkəməyə verildi - Qərar verildi
Ekonomiks 17:07 05.12.2025

Şirkət rəhbəri borca görə məhkəməyə verildi - Qərar verildi

"AETA İnşaat" MMC-nin rəhbəri Hidayət Əsgərovun ölkədən çıxışı məhdudlaşdırlıb.

Qaynarinfo xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova bununla bağlı qətnamə çıxarıb.

İş materiallarından aydın olur ki, Hidayət Əsgərovun rəhbərlik etdiyi "AETA İnşaat” MMC-nin və başqa şirkətin (adını dəqiqləşdirmək mümkün olmayıb) dövlət büdcəsinə ümumilikdə olaraq 40 min manata yaxın borcu olub. Borcun ödənilmə müddəti keçdiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tuataraq borc ödənilənədk Hidayət Əsgərova "stop” qoyulmasını xahiş edib. 

Məhkəmə qurumun ərizəsini əsaslı sayaraq təmin edib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->