Xəbər lenti

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20-yə çatdı (YENİLƏNİB)
Ölkə 17:25 05.12.2025

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20-yə çatdı (YENİLƏNİB)

Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində 20 nəfər tüstüdən zəhərlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə Salyan rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumata görə, onların 14-ü şagird, 6-sı isə məktəbin əməkdaşıdır.

Həmin şəxslərin bir qisminə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
 
15.49
 
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Bu barədə Qaynarinfo-ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

TƏBİB-dən bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 13:48 radələrində Yuxarı Noxudli kənd məktəbində 11 şagird (4-ü oğlan, 7-si qız) və 2 nəfər texniki qadın işçisi tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəruri tibbi xidmət göstərildikdən sonra 8 nəfəri evə buraxılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->